Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər ABŞ-nin Yəmən ərazisini atəşə tutmasına cavab olaraq “Harri Truman” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi Amerika təyyarədaşıyıcı qrupuna bir sıra zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya husilərin nəzarətində olan “Əl Məsirə” telekanalının efirində bildirib.
“ABŞ-nin təcavüzünə və dinc sakinlərin öldürülməsinə cavab olaraq silahlı qüvvələr Amerikanın “Harry Truman” aviadaşıyıcısına və onun müşayiət edən gəmilərinə hücum edərək donanma, hava qüvvələri və raket qüvvələrinin birgə əməliyyatı çərçivəsində onlarla döyüşə girib”, – o deyib.