- Cəmiyyət

Çempionlar Liqası: PSJ səfərdə “Arsenal”a qalib gəlib

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransa təmsilçisi PSJ səfərdə İngiltərənin “Arsenal” klubuna qalib gəlib.

“Report” xəbər verir ki, “Emireyts” stadionunda baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə seviniblər.

Yeganə qolu 4-cü dəqiqədə Usman Dembele londonluların qapısından keçirib.

Tərəflər arasında cavab görüşü mayın 7-də reallaşacaq.

Qeyd edək ki, yarımfinalın digər qarşılaşması bu gün, İspaniyada “Barselona” və “İnter” (İtaliya) arasında gerçəkləşəcək.