Futbol üzrə İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün yekun – 38-ci turu baş tutub.
“Report” xəbər verir ki, sonuncu həftənin bütün qarşılaşmaları 19:00-da start götürüb.
Vaxtından əvvəl çempionluğunu elan etmiş “Liverpul” “Kristal Pelas”la heç-heçəyə razılaşıb. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Nottinqem Forest” və “Çelsi”nin matçında “zadəganlar” üstün olublar, “meşəçilər” isə növbəti mövsümü Konfrans Liqasında keçirəcəklər.
Bundan başqa, növbəti mövsüm Avropanın ali klub turnirində çıxış etmək niyyətində olan “Aston Villa” səfərdə turnir cədvəlinin aşağı hissəsində qərarlaşan “Mançester Yunayted”ə məğlub olaraq Avropa Liqasına vəsiqə qazanmaqla kifayətlənib. “Mançester Siti” isə “Fulhem” üzərində inamlı qələbə qazanıb.
“Tottenhem” 1:3 “Brayton”
“Sauthempton” 1:2 “Arsenal”
“Nottinqem Forest” 0:1 “Çelsi”
“Nyukasl” 0:1 “Everton”
“Mançester Yunayted” 2:0 “Aston Villa”
“Liverpul” 1:1 Kristal Pelas”
“İpsviç” 1:3 “Vest Hem”
“Fulhem” 0:2 “Mançester Siti”
“Bornmut” 2:0 “Lester”
“Vulverhempton” 1:1 “Brentford”
Turnir cədvəli:
1. “Liverpul” – 84 xal
2. “Arsenal”– 74 xal
3. “Mançester Siti”– 71 xal
4. “Çelsi”– 69 xal
5. “Nyukasl” – 66 xal
6. “Aston Villa” – 66 xal
7. “Nottinqem Forest”– 65 xal
8. “Brayton” – 61 xal
9. “Bornmut” – 56 xal
10. “Brentford”– 56 xal
11. “Fulhem” – 54 xal
12. “Kristal Pelas” – 53 xal
13. “Everton”– 48 xal
14. “Vest Hem”– 43 xal
15. “Mançester Yunayted “– 42 xal
16. “Vulverhempton” – 42 xal
17. “Tottenhem “– 38 xal
18. “Lester” – 25 xal
19. “İpsviç” – 22 xal
20. “Sauthempton” – 12 xal