- Cəmiyyət

Husilər İsraildə hava limanına, dəniz limanlarına və elektrik stansiyasına zərbələr endirib

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına, Aşdod və Eylatdakı iki dəniz limanına, həmçinin Aşkelondakı elektrik stansiyasına raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə bir sıra zərbələr endiriblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria bildirib.

Onun sözlərinə görə, hücum İsrail aviasiyasının Yəmənin Hudeydə, Ras İsa və Əs-Salif limanlarına, eləcə də husilərin nəzarətində olan ərazidə yerləşən Ras əl-Xətib elektrik stansiyasına kütləvi zərbələr endirməsinə cavab olaraq həyata keçirilib.

Saria üsyançı qüvvələrin İsrailə doğru 11 raket və PUA buraxdığını söyləyib. O cümlədən Təl-Əviv hava limanı, Eylatdakı dəniz limanı və Aşkelondakı elektrik stansiyası hipersəs ballistik raketlərlə hücuma məruz qalıb.