- Manşet

DÇ-2026: Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib

Bu gün 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.

“Report”un məlumatına görə, A, G, J və E qrupunda ümumilikdə 8 qarşılaşma gerçəkləşib.

A qrupunda yer alan Almaniya yığması Şimali İrlandiyanı qəbul edib. E qrupunda qərarlaşan Türkiyə millisi isə İspaniya seçməsi ilə üz-üzə gəlib.

DÇ-2026 seçmə mərhələsinin oynlarında aşağıdakı nəticələr qeydə alınıb:

A qrupu

Almaniya – Şimali İrlandiya – 3:1

Lüksemburq – Slovakiya – 0:1

Xal durumu: Slovakiya – 6, Şimali İrlandiya – 3, Almaniya – 3, Lüksemburq – 0.

G qrupu

Litva – Niderland – 2:3

Polşa – Finlandiya – 3:1

Xal durumu: Niderland – 10 (4 oyun), Polşa – 10 (5 oyun), Finlandiya – 7 (5 oyun), Litva – 3 (5 oyun), Malta – 2 (5 oyun)

J qrupu

Şimali Makedoniya – Lixtenşteyn – 5:0

Belçika – Qazaxıstan – 6:0

Xal durumu: Şimali Makedoniya – 11 (5 oyun), Uels – 10 (5 oyun), Belçika – 10 xal (4 oyun), Qazaxıstan – 3 (5 oyun), Lixtenşteyn – 0 (5 oyun)

E qrupu

Gürcüstan – Bolqarıstan – 3:0

Türkiyə – İspaniya – 0:6

Xal durumu: İspaniya – 6, Türkiyə – 3, Gürcüstan – 3, Bolqarıstan – 0.