- Cəmiyyət

Norveç tarixində ilk dəfə 1/8 finala çıxıb

Futbol üzrə dünya çempionatında Norveç Fildişi Sahili millisini məğlub edib.

“Report”un məlumatına görə, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər .

Norveç komandasında Antonio Nusa (39) və Erlinq Holann (86) fərqləniblər. Afrikalıların hyeətində isə Amad Diallo (74) adını tabloya yazdırıb.

Tarixində ilk dəfə 1/8 finala yüksələn Norveçin rəqibi Braziliya seçməsi olacaq.