- Cəmiyyət

Zelenski Ufadakı neft emalı zavoduna və Penzaya zərbələri təsdiqləyib

Ukrayna qüvvələri Ufadakı neft emalı zavoduna (NEZ) yenidən zərbə endirib, həmçinin Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin obyektini vurub.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.

Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, Ufadakı neft emalı zavodu – Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri zərbəyə məruz qalıb.

V.Zelenski, həmçinin Penzadakı zavodlardan birinə dron zərbələri endirildiyinə dair məlumatları təsdiqləyib.

O bildirib ki, Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin raket silahları üçün komponentlərin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyekti vurulub. Hədəfə qədər olan məsafə – cəbhə xəttindən təxminən 600 kilometrdir.