Moskva vilayəti ərazisində pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 10 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.
“Report” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyov bildirib.
Qeyd edilib ki, xəsarət alan altı nəfər, o cümlədən üç Çin vətəndaşı xəstəxanaya yerləşdirilib.
“Çoxsaylı qəlpə yaraları olan bir pasiyent Moskvaya köçürülməyə hazırlanır”, – o qeyd edib.









