- Cəmiyyət

Moskva vilayətində PUA hücumu zamanı 10 nəfər yaralanıb

Moskva vilayəti ərazisində pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 10 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

“Report” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyov bildirib.

Qeyd edilib ki, xəsarət alan altı nəfər, o cümlədən üç Çin vətəndaşı xəstəxanaya yerləşdirilib.

“Çoxsaylı qəlpə yaraları olan bir pasiyent Moskvaya köçürülməyə hazırlanır”, – o qeyd edib.