Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə Sazişi imzalanıb.
NTV xəbər verir ki, Sazişə əsasən, alyansın hər hansı bir üzvünə edilən hücum sazişin bütün tərəflərinə edilən hücum kimi qiymətləndiriləcək.
Məkkə sazişi regionda sülhün təmin olunmasını hədəfləyən bütün qardaş ölkələrin iştirakına açıqdır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb.
O bildirib ki, Pakistan və Səudiyyə Ərəbistanı ilə imzalanan saziş heç bir ölkəni hədəf almır.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan üçtərəfli müdafiə sazişini kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, Rzayi özünün “X” sosial şəbəkə hesabında etdiyi paylaşımda sözügedən razılaşmanın Səudiyyə Ərəbistanının müdafiəsini təmin etməyəcəyini vurğulayıb.
“Səudiyyəlilər bilməlidirlər ki, Türkiyə və Pakistanla imzalanan kağız üzərindəki razılaşmalar onlara qorunma təminatı gətirməyəcək. Necə ki, uzun illər ABŞ-yə birtərəfli güzəştlər etmələri də onların təhlükəsizliyini təmin etmədi. Siyasətinizi dəyişin ki, başqalarından təhlükəsizlik dilənmək məcburiyyətində qalmayasınız”, – deyə Rzayi bildirib.









