- Cəmiyyət

Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

Ötən gecə Ukraynanın Rusiyaya hücumlarında 66 hədəf məhv edilib.

UNIAN“ın xəbərinə görə, bunu İnsansız Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi deyib.

Onun sözlərinə görə, Rusiyaya məxsus daha bir MİQ-29 qırıcısı məhv edilib.

Ümumilikdə, 4 radar stansiya kompleksi – 2 “Kasta-22”, bir “Nebo-SV” və bir “ST-68” sıradan çıxarılıb.

Rusiya ordusunun 11 müvəqqəti toplaşma məntəqəsi, “SOBR” xüsusi təyinatlılarının bir bazası, Qara dənizdə Rusiyanın “kölgə donanması”na məxsus iki gəmiyə və digər hərbi obyektlərə hücum edilib.