- Cəmiyyət

Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb

Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb.

“Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətinin dünənki anti-Rusiya bəyanatları fonunda Rusiya XİN-ə çağırılıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Almaniya avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş dron insidentindən sonra Rusiyaya qarşı bir sıra tədbirlər görüb.