ABŞ Prezidenti Donald Tramp ölkəsinin tezliklə İran üzərində qələbə qazanacağını bildirib.
O, bu barədə “GB News” telekanalına müsahibəsində danışıb.
“Biz qalib gələcəyik, bu, tezliklə baş verəcək. Əslində, biz artıq qalib gəlmişik, çünki onların nüvə silahına sahib olmasına imkan verilmir”, – Tramp deyib.
ABŞ Prezidenti İrana zərbələr endirmək qərarının doğru olduğunu bildirib. Onun iddiasına görə, Vaşinqton bu addımı atmasaydı, Tehran iki-dörd həftə ərzində nüvə silahı əldə edə bilərdi. Tramp hazırda bu müddətin 25 ilə qədər uzadıldığını iddia edib.
Tramp, həmçinin ABŞ-nin İrana qarşı əməliyyatlarının uğurla davam etdiyini və Vaşinqtonun Hörmüz boğazına nəzarət etdiyini bildirib.









