- Cəmiyyət

ABŞ və Cənubi Koreya birgə mülki təyyarələr hazırlayacaq

ABŞ və Cənubi Koreya qabaqcıl mülki təyyarələrin birgə hazırlanması və istismarı haqqında saziş imzalayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) saytında məlumat verilib.

FAA qeyd edib ki, hava hərəkətliliyi sisteminin təkmilləşdirilməsi çərçivəsində Koreya Mülki Aviasiya Administrasiyası ilə təyyarələrin inkişafı və uçuş təhlükəsizliyi üzrə tərəfdaşlıq qurulub.

Vurğulanıb ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yeni texnologiyaların inteqrasiyası üçün çox vacibdir

Tərəflər qabaqcıl aviasiya işlərinə dair məlumat mübadiləsini genişləndirmək və bu cür layihələrin həyata keçirilməsi zamanı təhlükəsizliyin birgə monitorinqi barədə razılığa gəliblər.