- Maraqlı

Adanın yeganə sakini olan qadın peyvənd olunub

Yunanıstanın Kinaros adasının yeganə sakini olan İren Katsoturşi koronavirus əleyhinə peyvənd olunub.

Lent.az-ın “Greek reporter”ə istinadla xəbərinə görə, 75 yaşlı qadın uzunluğu 4, eni 2.4 km olan adanın yeganə sakinidir. 2013-cü ildə əri vəfat etsə o, adanı tərk etməyib. Adaya təsadüfi hallarda turistlər və balıqçılar baş çəkir. Bir sözlə, qadının Covid-19-a yoluxmaq riski yoxdur. Buna rəğmən qadın səhiyyə orqanlarına bildirib ki, yunan xalqı ilə həmrəy olmaq istəyir.

Qonşu adanın bələdiyyə sədri qadının peyvənd olunması üçün mobil briqada göndərib. Bir həkim və bir tibb bacısı qadına vaksin vurduqdan sonra bir neçə saat da müayinə üçün yanında qaldıqdan sonra adadan ayrılıblar.