- Mədəniyyət

“Ay adamı” komediyası ilk pillədədir

Son yaşayan insan olduğuna inanan çinli kosmonavtdan bəhs edən “Ay Adamı” elmi-fantastik komediya filmi dünyada kassa gəlirləri üzrə birinci yeri tutub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, rejissor Çjan Çiyunun “Ay Adamı” filmi kassa gəlirləri üzrə 148 milyon dollar qazanıb.

Yerli bilet satışı portalı həmin filmin çin ekranlarını tərk etməzdən əvvəl 660 milyon dollardan çox (təxminən 4,34 milyard yuan) qazanacağını proqnozlaşdırır ki, bunun da sayəsində ekran əsəri rekordçular arasında altıncı yerdə qərarlaşa bilər.

Qeyd edək ki, “Ay Adamı” komediya filminin təqdimatı 2022-ci il iyulun 29-da olub.