- Cəmiyyət

Azərbaycanın şahmat millisi final matçına çıxacaq

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün final görüşünə çıxacaq.

“Report”un məlumatına görə, milli Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.

İki görüşdə qalib bəlli olmasa, komandalar taybreykdə münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.