- Mədəniyyət

“Bakı payızı-2023. 35 il sonra” yarışı başlayır

Sentyabrın 16-da “Nizami boutique house” şirkətinin baş sponsorluğu ilə istedadlar müsabiqəsinə – “Bakı payızı-2023. 35 il sonra” yarışmasına start verilir.

“Report” xəbər verir ki, layihə “Best Cast Talent Agency” & “Golden Arts entertainment”, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.

Müsabiqə 5 istiqaməti əhatə edir – vokal, xoreoqrafiya, orijinal janr, musiqi qrupları və bəstəkarlıq. Yutubda yayımlanan gündəliklər vasitəsilə izləyicilərimiz yarışmanın iştirakçıları ilə yaxından tanış ola bilərlər (https://youtube.com/@Baki.Payizi?si=rDyn93riEyx0UPfS).

Birinci turda jüri üzvləri – xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, populyar müğənni İlqar Xəyal, bəstəkar-pianoçu Emil Əfrasiyab və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayevadır.

Müsabiqə sentyabrın 16-dan başlayaraq həftədə 2 dəfə – hər şənbə-bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanacaq, “Mədəniyyət” kanalında isə həmin günlər saat 23:00-da təkrarlanacaq.

Müsabiqənin 1-ci turunu sentyabrın 16 və 17-də AzTV-də saat 15:00-da, “Mədəniyyət” kanalında 23:00-da (təkrar) izləyə bilərsiniz.

Qala konsert 3 noyabrda saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.