- Mədəniyyət

Bakıda Macarıstan kinosu festivalı başlayıb

Bakıda Macarıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkənin kinosu festivalı başlayıb.

“Report” xəbər verir ki, mayın 6-8-də keçiriləcək tədbir çərçivəsində üç film nümayiş etdiriləcək.

Kinofestivalın ilk günündə tamaşaçılara “Buşo” festivalında iştirak etmiş qısametrajlı filmlər təqdim olunacaq. Onlar arasında “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin çəkdiyi 2 qısametrajlı film də var.

İkinci gün dram janrında lentə alınmış “Toksikomo” (2021) filmi nümayiş olunacaq, festivalın sonuncu günündə isə kinofestivalın qonaqları “Buğanın laylası” (2021) komediyasını seyr edəcəklər.