- Cəmiyyət

Belçika 1/8 finala yüksəlib

Futbol üzrə dünya çempionatında Belçika Seneqala qalib gəlib.

“Report”un məlumatına görə, Sietl stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 3:2 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Bu səbəbdən hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılıb.

Seneqalın heyətində Habib Diarra (24) və İsmaila Sarr (51) fərqləniblər. Belçika komandasında isə Romelu Lukaku (86) və Yuri Tilemans (89, 120+5-p.) adlarını tabloya yazdırıblar.

Belçika 1/8 finalda ABŞ – Bosniya və Herseqovina cütünün qalibi ilə üz-üzə gələcək.