- Cəmiyyət

Cem bankasında qumbara satırdı, ələ keçdi

Ukraynanın Zakarpatye vilayətində alma cemi bankalarında qumbara satan şəxs həbs olunub.

525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin polis idarəsi məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, Voniqovo kəndinin adı açıqlanmayan 40 yaşlı sakini ölkənin müxtəlif bölgələrindən gələn qumbara sifarişlərini ünvana alma cemi doldurulmuş şüşə qablarda göndərirmiş. Ödənişi isə ortaqları vasitəsilə alırmış. İşi aparan Tyaçevski rayon polis bölməsi bir neçə belə sövdələşmənin izinə düşdükdən sonra həmin şəxsi ayırd edə bilib. Qumbaraların necə və kimdən alındığı barədə məlumat verilmir.

Qeyd edək ki, saxlanılan qumbarasatana bir neçə maddə ilə cinayət işi qaldırılıb. Onu 7 ilə qədər həbs cəzası gözləyir.