- Mədəniyyət

“Cırtdan” mənzum nağıl-pyesi əsasında eyniadlı tamaşa göstəriləcək

Yanvarın 16-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Cırtdan” tamaşasını nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, teatrın təqdim etdiyi tamaşa uşaq yazıçısı Mirmehdi Seyidzadənin məşhur “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanıb.

Yeni tərtibatda hazırlanan tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. O, səhnələşdirilməsi mərhum dramaturq Rəhman Əlizadəyə məxsus tamaşaya müasir kukla texnikalarının köməyi ilə fərqli səhnə həlli verib. Birhissəli kukla tamaşasının quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.