ABŞ Ukraynaya ümumi dəyəri 2,68 milyard dollar olan hava hücumundan müdafiə vasitələri və sursatların mümkün satışını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayımlanan bəyanatda bildirilib.
Qeyd olunub ki, Ukrayna hakimiyyəti “S-300” hava hücumundan müdafiə sistemləri üçün analoji raketlərin, GAM-67 raketlərinin, lazerlə idarə olunan uzaq mənzilli raket sistemlərinin, özüyeriyən buraxılış qurğularının, pilotsuz uçuş aparatlarının aşkarlanması sistemlərinin, mobil buraxılış qurğularının modernləşdirilməsi üçün dəstlərin, həmçinin müvafiq avadanlıq və təmir-baxım xidmətlərinin alınmasına icazə istəyib.
Söhbət əsas hərbi texnika və silah nümunələrinə aid olmayan vasitələrdən gedir.
Departament hesab edir ki, silahların alınması Avropa ölkələri tərəfindən Kiyevə ayrılan vəsaitlər, eləcə də ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası tərəfindən “Foreign Military Financing” mexanizmi çərçivəsində təqdim edilən maliyyə hesabına həyata keçiriləcək.
Bu mexanizm xarici dövlətlərə ABŞ istehsalı olan silahların alınması üçün qrant və kreditlərin verilməsini nəzərdə tutur.









