- Cəmiyyət

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yerləşən Türk Evində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, görüşdə Türkiyə-Ermənistan münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyə ilə Ermənistan arasında ticarət və nəqliyyat sahələrində normallaşma prosesini dəstəklədiyini bildirib, münasibətlərdə əldə olunan müsbət dinamikanın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Azərbaycanla Ermənistan arasında sülh prosesində qarşılıqlı addımların atılmasını məmnuniyyətlə qarşıladıqlarını qeyd edib.

Ərdoğan, həmçinin Ermənistanla beynəlxalq təşkilatlar çərçivəsində inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini bildirib və Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.