- Mədəniyyət

Harrison Ford mükafata layiq görülüb

Məşhur Hollivud ulduzu, aktyor Harrison Ford “Disney” studiyasının istehsal etdiyi, həmçinin özünün çəkildiyi “İndiana Cons 5 və taleyin saatı” filminin dünya premyerasından əvvəl Kann Film Festivalında fəxri “Qızıl palma budağı” mükafatına layiq görülüb.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, bu fəxri mükafat sevilən aktyora kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə verilib.

Dünyaşöhrətli aktyor Harrison Ford mükafata görə təşəkkürünü bildirərək, “İndiana Cons” filminin beşinci hissəsindən danışıb. O deyib: “Bu mükafata məni də layiq gördükləri üçün çox məmnunam və hələ də görməli olduğunuz maraqlı bir filmim var”.

Qeyd edək ki, “İndiana Cons 5 və taleyin saatı” adlı ekran əsəri Kann Film Festivalında müsabiqədənkənar nümayiş olunacaq. Filmdə H.Ford əfsanəvi arxeoloq və macəraçı İndiana Cons rolunu yenidən təkrarlayır.