Futbol üzrə dünya çempionatında İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib.
“Report”un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar 4:0 hesablı qələbəyə seviniblər.
Qolları Lamin Yamal (11), Mikel Oyarsabal (21, 24) və Həsən əl-Tambakti (49-avtoqol) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da Uruqvay Kabo Verde ilə qarşılaşacaq.
Futbol üzrə dünya çempionatının İspaniya – Səudiyyə Ərəbistanı oyununda dördüncü qol vurulub.
“Report”un məlumatına görə, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər – 4:0.
49-cu dəqiqədə asiyalıların heyətində Həsən əl-Tambakti avtoqol müəllifi olub.









