İsrail Hərbi Hava Qüvvələri qısa müddət əvvəl İrandakı hava hücumundan müdafiə sistemlərinə qarşı “genişmiqyaslı” hava zərbələri dalğasını başa çatdırıb.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata əsasən, gecə saatlarında başlayan əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə İrandakı strateji müdafiə sistemlərini vurub.
IDF bildirib ki, “Operation Roaring Lion” əməliyyatı zamanı zəifləyən aşkarlama və müdafiə imkanlarını bərpa etmək məqsədilə son vaxtlar İranın müxtəlif bölgələrində müdafiə sistemləri yerləşdirilmişdi.
“Zərbələr nəticəsində bu sistemlər məhv edilib”, — IDF əlavə edib.









