- Mədəniyyət

İstanbulda “Şuşa İli”nə həsr olunmuş konsert təşkil edilib

İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs- 2022 Şuşa İli” adlı təntənəli konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsert “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə baş tutub.

Konsert proqramından əvvəl Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Konsert proqramından əvvəl Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə olunan şanlı Zəfərimizi özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonra “TRT” İstanbul Radiosunun Anadolu Saz Sənətkarları və türk xalq musiqisi sənətçisi Dünya Tekinin ifasında Azərbaycan və Türkiyə musiqilərinin nümunələri dinlənilib. Konsertdə, həmçinin Hazarfem Dərnəyi Türk Dünyası Ritim (nağaraçılar) və Hazarfem Dərnəyi Azərbaycan Xalq Rəqsləri birliklərinin rəqs və musiqi nömrələri ifa olunub.