- Cəmiyyət

İsveç səfiri Rusiya XİN-ə çağırılıb, 5 diplomat ölkədən çıxarılır

İsveç səfiri Malena Mard Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və krallığın 5 diplomatı “arzuedilməz şəxs” elan olunub.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səbəb İsveçin Rusiyaya münasibətdə qarşıdurma kursudur.

Vurğulanıb ki, diplomatların ölkədən çıxarılması isə cavab tədbiridir. Belə ki, 2022-ci il sentyabrın 1-dən İsveç hökumətinin qəbul etdiyi qərara əsasən, Rusiyanın Höteborqdakı Baş Konsulluğunun fəaliyyəti dayandırılıb. Buna cavab olaraq Rusiya da İsveçin Sankt-Peterburqdakı Baş Konsulluğunun fəaliyyətinin dayandırılmasına dair qərar qəbul edib.