- Mədəniyyət

Kolumbiyanın “La Mojarra Electrica” qrupunun Bakıda virtual konserti

VII Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası çərçivəsində kolumbiyalı “La Mojarra Electrica” qrupunun virtual konserti olub.

Konsertdən əvvəl Kolumbiyanın Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenas sərgi-yarmarka ilə bağlı təəssüratlarını bölüşüb.

Ölkəsinin bu sərgidə üçüncü dəfə təmsil olunduğunu bildirən səfir deyib: “Budəfəki sərgidə biz Kolumbiyanın Nobel mükafatçısı, dünyaca məşhur Qabriel Qarsia Markesin əsərlərini nümayiş etdiririk. Eyni zamanda, ölkəmizin, turizmi, mətbəxi, adət-ənənələri haqqında kitabları da sərgiləyirik. Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Xalq artisti Təranə Muradovanın dəstəyi ilə Kolumbiya rəqsləri də təqdim olunur”.

Sonra Kolumbiyanın musiqi qrupunun virtual konserti təqdim edilib.

Konsert Kolumbiya Xarici İşlər Nazirliyinin həyata keçirdiyi bu ölkənin mədəniyyətinin xaricdə təşviqi proqramı çərçivəsində gerçəkləşib. (azertag)