- Mədəniyyət

Kukla Teatrı həftəsonunadək tamaşaların nümayişini ləğv edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sonuncu erməni təxribatı nəticəsində şəhid olan oğullarımızın ruhuna ehtiram əlaməti olaraq yeni mövsümün açılışı ilə bağlı planlarında dəyişiklik edib.

Teatrdan “Report”a verilən məlumata görə, 16, 17 və 18 sentyabr günlərinə təsadüf edən tamaşa nümayişləri ləğv olunub.

“Nəzərinizə çatdırırq, ki, o günlərə bilet alan tamaşaçılarımız qarşıdakı həftələrdə həmin biletlər ilə istənilən nümayişləri izləyə bilərlər”, – teatrdan vurğulanıb.