- Mədəniyyət

“Maykl” bütün zamanların ən çox gəlir gətirən bioqrafik filmi olub

Rejissor Antuan Fukuanın çəkdiyi “Maykl” filmi dünya üzrə 977 milyon ABŞ dolları gəlir əldə edərək bütün zamanların ən çox gəlir gətirən bioqrafik filminə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb. Ekran əsəri 975 milyon dollar gəlir toplayan “Oppenheimer” filmini geridə qoyub. Film, həmçinin musiqi bioqrafik filmləri arasında da “Bohemian Rhapsody”ni üstələyərək yeni rekord müəyyənləşdirib.

Maykl Ceksonun həyatından bəhs edən filmdə baş rolu müğənninin qardaşı oğlu Cafar Cekson canlandırır. “Maykl”, eyni zamanda “Lionsgate” studiyasının tarixində ən çox gəlir gətirən film olub.