Modern.az-ın Milli Məclisin 123 üzvünün dövlət təltifləri ilə bağlı apardığı araşdırma maraqlı mənzərəni ortaya qoyub. Aydın olub ki, deputat korpusunun mütləq əksəriyyəti, 114 nəfər, heç olmasa bir dəfə təltif olunub, yalnız 9 deputatın adı heç bir medal və ya orden siyahısında keçmir.
Ən çox təltif olunan deputat Siyavuş Novruzovdur. O, dövlət orden-medallarından başqa, hərbi-veteran təşkilatlarının fərqli mükafatları da daxil olmaqla, 22 fərqli təltifin sahibidir.
Siyavuş Novruzovu 16 təltiflə Hikmət Babaoğlu, 15 təltiflə Aydın Mirzəzadə, 12 təltiflə isə Arzu Nağıyev izləyir.
Medalların populyarlığına gəlincə, mənzərə aydındır: “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalını 74 deputat alıb, bu, siyahıdakı ən çox verilən təltifdir. Onun ardınca “Şöhrət” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı gəlir ki, hər ikisi 36 deputatın adına yazılıb. “Tərəqqi” medalını 19, “Vətənə xidmətə görə” ordenini (müxtəlif dərəcələrdə) isə 18 deputat qazanıb. Siyahını “Şərəf” ordeni (10 deputat) və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (7 deputat) tamamlayır.
Deputatlar arasında Fransa, Rusiya və MDB-nin müxtəlif təltiflərinə layiq görülənlər də var.
Polad Bülbüloğlu Rusiyanın iki ordeni ilə xarici dövlət təltiflərini ən çox alan deputatdır.
Fransanın “Fəxri legion” ordeninə Hicran Hüseynova və Səməd Seyidov, MDB-nin “Sodrujestvo” ordeninə Əli Hüseynli, Ukraynanın “Müqəddəs Georgi” ordeninə isə Əlibala Məhərrəmzadə layiq görülüb. Bundan başqa, Səttar Möhbalıyev beynəlxalq təşkilat tərəfindən təqdim olunan “Avropa Lideri Ulduzu” ordeni ilə təltif edilib.
Heç bir təltifi olmayan 9 deputat siyasında isə Elşad Musayev, Arzuxan Əlizadə, Pərvanə Vəliyeva, Mahir Süleymanlı, Günay Ağamalı, Vasif Qafarov, Azər Əmiraslanov, Asif Əsgərov və Mircəlil Qasımlı var.
Hər bir deputatın aldığı medal və ordenlərin tam siyahısını təqdim edirik.
Ziyafət Əsgərov 2 dövlət ordeni ilə təltif olunub. O, 2013-cü il oktyabrın 23-də “Şöhrət”, 2023-cü il oktyabrında isə “Şərəf” ordeninə layiq görülüb.
Siyavuş Novruzov 2 orden və 9 dövlət yubiley medalı olmaqla ümumilikdə 11 dövlət təltifi alıb. O, 2017-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 2019-cu ildə isə “Şöhrət” ordeni ilə təltif edilib. Bundan başqa, 2009-cu ildə “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)”, 2014-cü ildə “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)”, 2018-ci ildə “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)” və “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)” və “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)”, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif olunub.
O, dövlət təltifi statusu daşımayan “General Cəmşid Naxçıvanski” yubiley medalı, “Fədai”, “Vətən naminə”, “Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi – 25 il”, “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə”, “Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi”, “Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi”, “Əfqanıstan müharibəsi veteranı”, “Döyüş qardaşlığı – veteranlar təşkilatı qarşısında xidmətlərinə görə”, “Vətən qarşısında xidmətlərə görə” medalları, həmçinin “Vətənə sədaqət” və “Vətənə xidmət” ordenləri ilə də mükafatlandırılıb.
Səttar Möhbalıyev “Şöhrət” ordeni ilə təltif edilib. O, həmçinin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının gümüş medalına, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeninə, eləcə də Neftqaztikinti Həmkarlar İttifaqları Beynəlxalq Federasiyasının diplom və mükafatına layiq görülüb.
Eldar İbrahimov üç dövlət ordeni alıb. O, 2005-ci ildə “Şöhrət”, 2015-ci ildə “Şərəf”, 2025-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ülviyyə Həmzəyeva “Əməkdar rəssam” fəxri adına layiq görülüb. O, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Vüqar Rəhimzadə “Əməkdar jurnalist” fəxri adına, 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Nigar Arpadari “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.
Azay Quliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Kəmaləddin Qafarova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları verilib.
Elşad Musayev dövlət ordeni və ya medalla təltif olunmayıb.
Səbinə Xasayeva “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.
Soltan Məmmədov “Tərəqqi” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Gülşən Paşayeva “Tərəqqi” medalı, həmçinin “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” yubiley medalı ilə təltif olunub.
Günay Əfəndiyeva “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919–2009)” və “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalları ilə təltif edilib.
Ülvi Quliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif olunub. O, həmçinin “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.
Erkin Qədirli “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Göydəniz Qəhrəmanova “Tərəqqi” medalı verilib.
Rasim Musabəyov bir orden və iki yubiley medalı ilə təltif edilib. O, 2019-cu il mayın 27-də “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, 2024-cü il fevralın 2-də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları, 2025-ci il dekabrın 30-da isə “Şərəf” ordeni alıb.
Hikmət Babaoğlu iki dövlət ordeni, beş dövlət yubiley medalı, bir dövlət fəxri adı və səkkiz digər mükafat olmaqla ümumilikdə 16 təltif və mükafata layiq görülüb. O, “Əməkdar jurnalist” fəxri adına, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərinə layiq görülüb. Bundan başqa, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalları ilə təltif edilib. Həmçinin “Qızıl Qələm” media mükafatına, Həsən bəy Zərdabi adına “Ali Media” mükafatına, TÜRKSOY-un Xüsusi Media mükafatına, “Mahmud Kaşqari” medalına, “Türk Dünyasına xidmət Onur Medalı”na layiq görülüb, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş gümüş xatirə sikkəsi ilə mükafatlandırılıb. Bundan əlavə, o, 2001-ci ildə ANS televiziyası tərəfindən ilin “Mətbuat xidmətinin rəhbəri” seçilib, Qazaxıstanın “Ekonomika və Konsaltinq” Universitetinin humanitar fənlər üzrə fəxri professoru, Qırğızıstanın Çingiz Aytmatov Akademiyasının fəxri üzvü olub.
Samir Vəliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Məlahət İbrahimqızı “Şöhrət” ordeni, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları alıb.
Asim Mollazadə iki orden və iki yubiley medalı ilə təltif edilib. O, “Şöhrət” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Ziyad Səmədzadə üç dövlət ordeni ilə təltif olunub. O, 2010-cu il iyunun 22-də “Şöhrət”, 2015-ci il iyunun 24-də “Şərəf”, 2020-ci il iyunun 24-də isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
Könül Nurullayeva “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Əli Əhmədova “Şöhrət” və “Şərəf” ordenləri verilib.
Fazil Mustafa “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Arzuxan Əlizadənin dövlət ordeni və ya medalı yoxdur.
Eldar Quliyev iki dövlət ordeni ilə təltif olunub. O, 2011-ci il iyulun 18-də “Şöhrət”, 2021-ci il iyulun 26-da isə “Şərəf” ordeninə layiq görülüb.
Azər Allahverənov 2021-ci ildə “Tərəqqi” medalı, 2025-ci ildə isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.
Sevinc Fətəliyeva “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Qaya Məmmədov “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
Afət Həsənova “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.
Zahid Oruc “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.
Mixail Zabelin üç dövlət ordeni ilə təltif edilib. O, 2006-cı ildə “Şöhrət”, 2022-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 2026-cı ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Bundan başqa, o, 2016-cı ildə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə də təltif edilib.
Pərvanə Vəliyevanın orden və ya medalları yoxdur.
Qüdrət Həsənquliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Aydın Hüseynov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Naqif Həmzəyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Pərvin Kərimzadə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Musa Quliyev bir orden və iki yubiley medalı ilə təltif edilib. O, “Şöhrət” ordeninə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Müşfiq Cəfərov “Tərəqqi” ordeni ilə təltif edilib.
Hicran Hüseynova üç orden və iki yubiley medalı ilə təltif edilib. O, “Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” və “Fəxri legion” ordenlərinə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Tahir Mirkişili “Tərəqqi” medalı və “Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” yubiley medalı ilə təltif edilib.
Mehriban Vəliyeva “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Səbinə Salmanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Elnarə Akimova “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Zaur Şükürov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Nigar Məmmədovaya “Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000–2010)” yubiley medalı verilib.
Rizvan Nəbiyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Azərbaycan Respublikası Diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” və “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” yubiley medalları ilə təltif edilib.
Ramid Namazov “Dövlət qulluğunda fərqlənməyə görə” və “Tərəqqi” medalları ilə təltif edilib.
Heydər Əsədov iki orden və bir yubiley medalı ilə təltif edilib. O, 2-ci dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərinə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülüb.
İlham Məmmədov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Əli Hüseynli iki yubiley medalı və “Sodrujestvo” ordeni ilə təltif edilib. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına, həmçinin Rusiyanın “Sodrujestvo” ordeninə layiq görülüb.
Aydın Mirzəzadə bir orden və 14 medal olmaqla ümumilikdə 15 təltif və mükafata layiq görülüb. O, 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bundan başqa, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Heydər Əliyevin 100 illiyi (1923–2023)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919–2014)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)”, “Azərbaycan Polisinin 100 illiyi (1918–2018)”, “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)”, “MDB Parlament Assambleyasının 30 illiyi”, “Parlament”, “Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə”, “Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi” və “Əfqanıstanda 40-cı ordunun fəaliyyətinin başa vurmasının 30 illiyi” medalları ilə təltif olunub.
Müşfiq Məmmədli “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Mahir Süleymanlının orden və ya medalı yoxdur.
Ağalar Vəliyev iki orden və bir yubiley medalı ilə təltif edilib. O, “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.
Sevil Mikayılova “Heydər Əliyevin 100 illiyi (1923–2023)” və “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalları ilə təltif edilib.
Əlibala Məhərrəmzadə Ukraynanın “Müqəddəs Georgi” ordeni və “Rəsul Rza” mükafatı ilə təltif edilib.
Anatoli Rafailov “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Azər Badamov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Əminə Ağazadə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Rafael Hüseynov bir orden və iki yubiley medalı ilə təltif edilib. O, “Şərəf” ordeninə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Sadiq Qurbanov “Tərəqqi” medalı ilə təltif edilib.
Günay Ağamalı orden və ya medalla təltif olunmayıb.
Əziz Ələkbərli “Tərəqqi” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Əhliman Əmiraslanov üç orden və iki yubiley medalı ilə təltif edilib. O, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Kamal Cəfərov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Bəhruz Məhərrəmov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Tənzilə Rüstəmxanlı “Şöhrət” ordeninə layiq görülüb.
Malik Həsənov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Elman Nəsirov “Tərəqqi” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Fəzail İbrahimli bir orden və iki yubiley medalı ilə təltif edilib. O, “Şöhrət” ordeninə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Məşhur Məmmədov bir orden və dörd medal olmaqla ümumilikdə 5 təltif alıb. O, “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Musa Qasımlı bir orden və dörd yubiley medalı ilə təltif edilib. O, “Şöhrət” ordeninə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Cavanşir Paşazadə iki orden və bir yubiley medalı ilə təltif edilib. O, “Şöhrət”, “Şərəf” ordenlərinə, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.
Fariz İsmayılzadə “Tərəqqi” medalı və “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” yubiley medalı ilə təltif edilib.
Anar İsgəndərov iki orden, bir medal və bir yubiley medalı ilə təltif edilib. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Şöhrət” ordenlərinə, “Tərəqqi” medalına, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalına layiq görülüb.
Rəşad Mahmudov “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Vasif Qafarov orden və ya medalla təltif olunmayıb.
Razi Nurullayev “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Səyyad Aran bir orden, bir medal və iki yubiley medalı ilə təltif edilib. O, “Şöhrət” ordeninə, “Tərəqqi” medalına, həmçinin “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Şahin İsmayılov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Vüqar Bayramov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Aqil Abbas iki ordenlə təltif edilib. O, “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
Tahir Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.
Şahin Seyidzadə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” və “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” yubiley medalları ilə təltif edilib.
Tamam Cəfərova “Tərəqqi” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Novruzəli Aslanov üç ordenlə təltif edilib. O, 3-cü dərəcəli, 2-ci dərəcəli və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
Elçin Mirzəbəyli “Tərəqqi” medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Sabir Hacıyev “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Məzahir Əfəndiyev “Tərəqqi” medalı və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Sahib Alıyev “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Jalə Əliyeva “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Bədəl Bədəlov “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Anar Məmmədov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Xanlar Fətiyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif edilib.
Fatma Yıldırım “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Kamran Bayramov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Mübariz Qurbanlı iki ordenlə təltif edilib. O, “Şöhrət” və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.
Nurlan Həsənov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Sevinc Hüseynova “Tərəqqi” medalı ilə təltif edilib.
Arzu Nağıyev bir orden və 10 medal olmaqla ümumilikdə 11 təltif alıb. O, “Şöhrət” ordeninə, “Qüsursuz xidmətə görə” medalına, həmçinin “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)”, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)”, “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)”, “Heydər Əliyevin 100 illiyi (1923–2023)”, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)”, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)”, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012–2022)” və “Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998–2023)” medallarına layiq görülüb.
Nizami Səfərov bir orden, bir medal və bir yubiley medalı ilə təltif edilib. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Dövlət qulluğunda fərqlənməyə görə” medalına, həmçinin “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülüb.
Ülviyyə Ağayeva “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Azər Əmiraslanov orden və ya medalla təltif olunmayıb.
Səməd Seyidov iki orden və üç yubiley medalı ilə təltif edilib. O, Fransanın “Fəxri legion” ordeninə və “Şöhrət” ordeninə, həmçinin “Diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)”, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Nəsib Məhəməliyev “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Azər Kərimli “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Asif Əsgərovun orden və ya medalla təltif olunmayıb.
Əli Məsimli “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Vüqar İskəndərov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.
Cavanşir Feyziyev “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Elşən Musayev “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Eyvaz Qurbanov “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Elman Məmmədov “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Bəxtiyar Əliyev “Şöhrət” ordeni və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Ceyhun Məmmədov dörd yubiley medalı ilə təltif edilib. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)”, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)”, “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medallarına layiq görülüb.
Rövşən Muradov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Tural Gəncəliyev “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Mircəlil Qasımlı orden və ya medalla təltif olunmayıb.
Polad Bülbüloğlu altı ordenlə təltif edilib. O, “Heydər Əliyev”, “İstiqlal”, “Şərəf”, 1-ci dərəcəli “Vətənə xidmətə görə”, Rusiyanın “Şərəf” və “Dostluq” ordenlərinə layiq görülüb.
İmamverdi İsmayılov “Şöhrət” ordeni, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” və “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalları ilə təltif edilib.









