Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyadakı “Lukoyl-Volqoqradneftepererabotka” neft emalı zavodunun (NEZ) vurulduğunu bəyan edib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti öz teleqram kanalında məlumat yayıb.
Qurumun məlumatına görə, əməliyyat çərçivəsində müvəqqəti işğal olunmuş Krımdakı Yevpatoriya aviasiya zavoduna və Rusiyanın Krasnodar diyarındakı Taman limanının infrastrukturuna da zərbələr endirilib.
Məlumata görə, Evpatoriyada aviasiya texnikasının saxlanması üçün iki anqar və aviasiya zavodunun istehsalat sexi vurulub.
Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, Taman limanının infrastrukturuna endirilən zərbə nəticəsində yanğın baş verib.
Eyni zamanda, Ukrayna xüsusi xidmət orqanının məlumatına görə, “Lukoyl-Volqoqradneftepererabotka” neft emalı zavodu da vurulub. Zavod ildə təxminən 15 milyon ton neft emalı gücünə malikdir. Müəssisə avtomobil benzini, dizel və aviasiya yanacağı istehsal edir.









