- Maraqlı

Misirdə Amenhotepin mumiyası açıldı

25.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər Misirin paytaxtı Qahirədə 1881-ci ildə tapılan təxminən 3500 illik Misir fironu Faroah Amenhotepin cəsədini incələyiblər. Mumiyanı ilk dəfə tomoqrafiya skaneri istifadə edərək yoxlayıblar. Qahirə universitetinin radiologiya professoru Sahar Salem, Amenhotepin 35 yaşında öldüyünü, boyunun təxminən 169 sm, sünnətli və qızıl dişlərə malik olduğunu bildirib.

Qeyd edək ki, mumiyanın yanında olan paketdən 30 amulet və qızıldan olan muncuqlardan ibarət korset çıxarılıb.