- Maraqlı

Peruda 5 min ildən yuxarı yaşı olan tikili aşkar edilib

Perunun şimalında çiy kərpicdən tikilmiş qədim bina tapılıb.

“Report” xəbər verir ki, bu barədə PNAS jurnalında məqalə dərc olunub.

Perudakı Papa Katolik Universitetindən Ana Sesiliya Maurisionun rəhbərlik etdiyi arxeoloqlar qrupu Los Morteros kurqanının içərisində 5100 illik kərpic divarlar aşkar edib.

Tapıntı belə kərpiclərin binaların tikintisi üçün istifadə olunmasının ilk sübutudur. İçəridəki qurbanların qalıqları bu abidənin bir vaxtlar ritual məqsədlərə xidmət etdiyini göstərir.

Qeyd edilir ki, Günəşdə yandırılmadan qurudulmuş gil çiy kərpiclər hələ də dünyanın bir çox bölgələrində ən vacib tikinti materialı hesab olunur. Yerin əhalisinin təxminən 30%-i və inkişaf etməkdə olan ölkələrin bütün əhalisinin yarısı hələ də belə gil evlərdə yaşayır.