ABŞ-ın müdafiə naziri Pit Heqset İrana xəbərdarlıq edib.
APA xəbər verir ki, nazir regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları davam etdirəcəyi təqdirdə, Tehranın tankerlərini məhv edib batıracaqları ilə hədələyib.
“Hər şey sadədir: İran ABŞ gəmilərinə atəş açarsa, biz onların tankerlərini məhv edəcəyik və batıracağıq. Onlardan tələb olunan yeganə şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, İranın tanker donanması müdafiəsiz vəziyyətdədir. Hegset bildirib ki, İranın nə hərbi dəniz, nə də hava qüvvələri var və ABŞ-ın təyyarələri, gəmiləri və sualtı qayıqları bütün İran tankerlərinə zərbələr endirmək imkanına malikdir.









