- Cəmiyyət

Putin Trampla görüşdən imtina edir, Çinə gedəcək

Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak etmək üçün Çinə səfər edəcək, lakin G20 liderlərinin sammitinə qatılmayacaq.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, APEC sammiti noyabrın 18–19-da Çinin Şençjen şəhərində baş tutacaq. Rusiya dövlət başçısı 2017-ci ildən bəri ilk dəfə bu tədbirə şəxsən qatılmağı planlaşdırır.

Agentlik vurğulayır ki, Putin Ukraynanın qərb müttəfiqləri ilə birbaşa qarşıdurma riskinin olduğu çoxşaxəli beynəlxalq platformalardan yayınmağa üstünlük verir. Rusiya liderinin G20 sammitindən imtina etməsinin başqa bir səbəbi kimi isə Ukrayna prezidenti Volodimir Zelenskinin həmin tədbirdə gözlənilmədən iştirak edə biləcəyi ehtimalı göstərilir.

Beləliklə, Putin APEC çərçivəsində Çin xalq respublikasının sədri Si Cinpinlə görüşsə də, ABŞ prezidenti Donald Trampın da olacağı G20 sammitini buraxacaq.