- Cəmiyyət

“Qarabağ” Niderlandda “Tvente”ni məğlub edib

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda “Tvente”nin qonağı olub.

Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.

Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Tvente” (Niderland) – “Qarabağ” oyununda hesab açılıb.

“Report” xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub – 1:0.

Kadi Borges 52-ci dəqiqədə fərqlənib.