- Mədəniyyət

Rəngkarlıq Muzeyində “Abstraksiya” mövzusunda ustad dərsi keçiriləcək

YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə böyüklər üçün “Özünü kəşf et” ustad dərslərinin növbəti tədbiri yanvarın 19-da Azərbaycan Rəngkarlığı Muzeyində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ustad dərsi Gülarə İsrafilovanın iştirakı ilə “Abstraksiya” mövzusuna həsr ediləcək.

Qeyd edək ki, növbəti dərs yanvarın 26-da Kənan Əliyevin rəhbərliyi ilə “Heykəl. Relyef” mövzusuna həsr olunacaq.

Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.

Ustad dərsləri ödənişsizdir.