- Mədəniyyət

“Rəqs xalqın ruhudur” adlı konsert proqramı keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında “Rəqs xalqın ruhudur” adlı dünya xalq rəqslərindən ibarət konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramında hind, özbək, Pakistan, əfqan, qazax, fars, Çin, ispan, gürcü, tacik, eləcə də Azərbaycanın milli rəqsləri nümayiş olunub.

Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələri tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş ediblər.