İspaniyanın “Barselona” klubunun hücumçusu Rafinya komandanın tarixinə düşüb.
“Report” xarici mediaya istinadən xəbər verir ki, braziliyalı forvard Kataloniya təmsilçisinin heyətində mövsümün ilk 8 oyununda 14 qol vuran ilk futbolçu olub.
O, bunu İspaniya La Liqasının VII turunun “Sevilya” ilə matçında het-trik etməklə reallaşdırıb.
Qeyd edək ki, görüş kataloniyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.









