- Cəmiyyət

Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri başlayıb

Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri “Sea Shield 24” (“Sea Shield – 2024”) başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Radio Romania” məlumat yayıb.

Bu təlimlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi – Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa iştirak edir. Rumıniya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika və s. cəlb olunub.

Təlim aprelin 21-də başa çatacaq.

Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib, təlimlərin ssenarisi regional təhlükəsizlik və sabitlik ilə bağlı bütün təhdidlərə operativ və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.