- Mədəniyyət

Rumıniyada nüfuzlu musiqi festivalı başlayıb

Rumıniyanın paytaxtı Buxarestdə nüfuzlu Corce Enesku adına Beynəlxalq Musiqi Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 18-dək davam edəcək festivalda dünyanın 37 ölkəsindən ifaçılar iştirak edir. İki həftə ərzində tamaşaçılar dünya klassiklərinin əsərlərini gənc istedadlı pianoçu, violonçel və skripkaçıların ifalarında dinləyə biləcəklər.

Qeyd edək ki, Corce Enescu Festivalı Avropa mədəniyyəti aləmində hər il keçirilən ən böyük tədbirlərdən biridir.