- Cəmiyyət, Manşet

Rusiya MN: “Soledar şəhəri nəzarətə götürülüb”

Rusiya Silahlı Qüvvələri yanvarın 12-də axşam saatlarında Ukraynanın Soledar şəhərini nəzarətə götürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Soledara nəzarət Ukrayna qoşunlarının Baxmut şəhəri istiqamətində təchizatını kəsməyə imkan verir.