- Cəmiyyət

Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib

Ukraynanın “Enerqoatom” şirkəti Rusiyanı nüvə yanacağı anbarına pilotsuz uçuş aparatı ilə hücum etməkdə ittiham edib.

APA xəbər verir ki, şirkətin yaydığı məlumata görə, zərbə gecə saat 02:10-da endirilib.

Bildirilib ki, hücum nəticəsində konteynerlərin qəbul edildiyi bina qismən dağılıb. Həmin binada istifadə olunmuş nüvə yanacağı saxlanılmadığından radiasiya təhlükəsi yaranmayıb.

“Enerqoatom”un məlumatına görə, obyektin ərazisində radiasiya fonu normativ həddə qalır və hadisə nəticəsində xəsarət alan olmayıb.