ABŞ-dakı rus diplomatlar xüsusi təyyarə ilə Moskvaya aparılacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Bir sıra informasiya resursları ABŞ-a uçan Rusiya təyyarəsi ilə bağlı həyəcanlanıb. Sensasiya yoxdur. Təyyarə ABŞ hakimiyyəti tərəfindən üç illik qalma müddətinin başa çatması ilə əlaqədar ölkəni tərk etmək əmri verilmiş rusiyalı diplomatları çıxaracaq”, – deyə Zaxarova “Telegram” kanalında yazıb .
O qeyd edib ki, çıxarılan diplomatlar Rusiyanın xarici qurumlarına tətbiq edilən məhdudiyyətlərə görə ölkəni tərk etməyə məcburiyyətində qalıblar.