- Cəmiyyət, Manşet

Sabahın havası

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 25-28° isti, gündüz 34-38° isti, Bakıda gecə 26-28° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Avqustun 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.