Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-1° isti, gündüz 4-6° isti,
Bakıda gecə 0-1° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji xəbərdarlıq
Yanvarın 17-si gündüz Abşeron yarımadasında gilavar küləyinin güclənəcəyi gözlənilir ki,
bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman. Qərb ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.