- Cəmiyyət

Ukrayna Belqoroda raket zərbəsi endirib

Ukrayna ordusu Belqorod vilayətinə raket zərbəsi endirib.

“İnterfaks”ın məlumatına görə, bu barədə bölgənin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev bildirib.

Valuyski rayonunun Koloskovo kəndinə hücum nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Yaralılardan ikisinə hadisə yerində tibbi yardım göstərilib, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.